Avropa çempionatında iştirak edəcək cüdoçularımız -FOTO

17:21 01.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.

Azərbaycan Cüdo Federasiyasından hafta.az-a verilən məlumata görə, ölkəmiz ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.

Heyəti təqdim edirik:

Oğlanlar

60 kiloqram

Nihad Məmişov

Fərid Qarayev

66 kiloqram

Məhəmməd Musayev

Nizami İmranov

73 kiloqram

Əbil Yusubov

81 kiloqram

Süleyman Şükürov

90 kiloqram

Aslan Kotsoyev

100 kiloqram

Davud Namazlı

100 kiloqram

Ramazan Əhmədov

Qızlar

48 kiloqram

Fəridə Mirzəyeva

52 kiloqram

Xədicə Qədəşova

Aydan Vəliyeva

78 kiloqram

Nigar Süleymanova

Qarışıq komanda yarışı

63 kiloqram

Nilgün Rzayeva

Qeyd edək ki, snetyabrın 4-dən 7-dək təşkil ediləcək qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.